Bütün xəbərlər
“Bundan sonra bura Zəfər meydanıdır”
Tarix: 18-03-2024 23:41 | Bölmə: Manşet

                      bundan-sonra-bura-zefer-meydanidir


“Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Ermənistan tərəfindən maliyyələşdirilən və silahlandırılan separatçılar faktiki olaraq Ermənistan ordusunun bir hissəsi idi”.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xankəndidə Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.
“Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır”, - deyə dövlət başçısı bildirib. 


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər