Bütün xəbərlər
WP: ABŞ İsrailin hərbi hədəf sayılmayan binaları bombaladığını etiraf edib
Tarix: 18-03-2024 21:35 | Bölmə: Manşet

İsrail Müdafiə Qüvvələri binalara hücum edib, baxmayaraq ki, onların hərbi hədəflər olduğuna dair etibarlı məlumatı yoxdur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu bəyanat Ağ Evdə ABŞ prezidenti Bayden administrasiyasının yüksək rütbəli rəsmilərinin iştirak etdiyi toplantıda səsləndirilib, "The Washington Post" məlumat yayıb.
Jurnalistlər əlavə edirlər ki, həmin görüşdə İsrailin HƏMAS-ı tamamilə məğlub etmək planının olmadığı barədə məlumatlar eşidilib.
Bundan əvvəl Baydenin İsrailin baş naziri Benyamin Netanyahu ilə Rəfah şəhərindəki vəziyyəti və Qəzza zolağında humanitar vəziyyəti müzakirə etdiyi məlum olub.
Xatırladaq ki, Rəfah Misirlə sərhəddə yerləşir. İndi orada çoxlu sayda qaçqın toplanıb, lakin İDF hələ də şəhərdə hərbi əməliyyat keçirməyi planlaşdırır.


Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər