Bütün xəbərlər
Si Cinpin: "Putinin yenidən seçilməsi xalqın dəstəyini əks etdirir"
Tarix: 18-03-2024 13:59 | Bölmə: Manşet

Çin Prezidenti Si Cinpin Vladimir Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çin liderinin təbrik teleqramında deyilir: “Yenidən seçilməyiniz Rusiya xalqı tərəfindən dəstəkləndiyinizi tam nümayiş etdirir".
Si Cinpin həmçinin qeyd edib ki, Çin Rusiya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və ölkələr arasında sıx qarşılıqlı əlaqəni davam etdirməyə hazırdır.
Belarus, Özbəkistan, Qazaxıstan, Azərbaycan və Tacikistan prezidentləri telefonla Rusiya liderini qələbə münasibətilə təbrik ediblər.
Şimali Koreya lideri Kim Çen In də Putinə təbrik ünvanlayıb. KXDR-in Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Şin Honq Çol Rusiya Xarici İşlər Nazirliyinə təbrik teleqramı göndərəcək.
Bundan əvvəl Vladimir Putinə təbriklər Venesuela, Boliviya, Kuba, İran, Nikaraqua, Honduras və Myanma liderlərindən gəlib.


Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər