Bütün xəbərlər
Vladimir Putin seçkilərdə rekord nəticə ilə qalib gəlib
Tarix: 18-03-2024 13:44 | Bölmə: Manşet

Rusiyada protokolların 99,76%-i işlənib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova məlumat verib. Onun sözlərinə görə, Vladimir Putin 87,29% səs toplayıb.
“Bu, ölkəmizin prezidentlik kampaniyalarının bütün tarixində rekord nəticədir”, - o bildirib.
Pamfilova seçkilərdə yüksək fəallığı da qeyd edib. Üç gün ərzində seçicilərin 77,44 faizi və ya 87 milyon 113 min 127 nəfər şəxsən və uzaqdan səs verib.
Qeyd edək ki, rusiyalılar arasında prezidentə inam səviyyəsi 2000-ci ildən bəri durmadan artır. İlkin olaraq Putini seçicilərin 52,9%-i dəstəkləyib. Tədricən dövlət başçısının reytinqi 76,7%-ə yüksəlib.
Ümummilli lider bu il yeni səviyyəni müəyyənləşdirib.


Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər