Bütün xəbərlər
Messi Argentinanın mart ayında keçiriləcək oyunlarını buraxacaq
Tarix: 17-03-2024 13:29 | Bölmə: Manşet

"İnter Mayami"nin hücumçusu Lionel Messi zədə səbəbindən Argentina millisinin qarşıdakı oyunlarını buraxacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalist Qaston Edule sosial şəbəkələrdə məlumat verib. Onun sözlərinə görə, forvard əzələ zədəsini sağaltmaqda davam edir və bu səbəbdən milli komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, mart ayında Argentina millisi ABŞ-da iki yoldaşlıq oyunu keçirəcək. Martın 23-də Lionel Skaloni komandası "El Salvador", martın 26-da isə "Kosta-Rika" ilə qarşılaşacaq.


Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər