Bütün xəbərlər
“Mançester Siti” İngiltərə kubokunun yarımfinalına yüksəlib
Tarix: 16-03-2024 23:57 | Bölmə: Manşet

"Mançester Siti"nin futbolçuları İngiltərə kubokunun yarımfinalçısı olublar. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 1/4 finalda "Citizens" "Nyukasl Yunayted"i 2:0 hesabı ilə məğlub edib.
Meydan sahibləri ilk hissənin 13-cü dəqiqəsində hesabda önə keçib. Xosep Qvardiolanın komandasına yarımmüdafiəçi Bernardo Silva qola imza atıb. O, 31-ci dəqiqədə dubla imza ataraq matçda yekun hesabı müəyyənləşdirib.
Bundan əvvəl Premyer Liqa təmsilçisi "Vulverhempton"a 3:2 hesabı ilə qalib gələn "Koventri" turnirin yarımfinalına yüksəlib.


Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər