Bütün xəbərlər
NBC: ABŞ İsrailin Rəfahdakı mümkün əməliyyatına cavab üzərində işləyir
Tarix: 16-03-2024 23:18 | Bölmə: Manşet

Ağ Ev ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq həyata keçirməyi planlaşdırdığı mümkün İsrail əməliyyatına cavab variantlarını nəzərdən keçirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə NBC indiki və keçmiş Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu cür müzakirələr İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Co Baydenin ilk növbədə mülki şəxslərin müdafiəsi planının hazırlanması ilə bağlı çağırışlarına məhəl qoymaması fonunda yaranıb.
Telekanalın məlumatına görə, Vaşinqton Təl-Əvivlə təmasda Rəfəhdə genişmiqyaslı hərbi əməliyyatdan qaçmağı və bunun əvəzinə daha kiçik və hədəflənmiş antiterror əməliyyatları keçirməyi tövsiyə edib.


Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər