Bütün xəbərlər
Zelenski Rusiya ərazisini yeni zərbələrlə hədələyib
Tarix: 15-03-2024 22:26 | Bölmə: Manşet

Ukrayna prezidenti Vladimir Zelenski növbəti dəfə Rusiyanı təhdid edərək, Rusiya ərazisinə yeni zərbələr endirməklə hədələyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zelenski uğursuz təxribatdan və Belqorod və Kursk vilayətlərinin ərazisinə soxulmaq cəhdlərindən sonra Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazilərinə hücum etmək üçün uzaqmənzilli dronlardan istifadə edəcəyi ilə hədələyib.
"Biz ən həssas yerləri, ən çox zərər verə biləcəyimiz yerləri müəyyən etdik. Və bunu edəcəyik", - o, Telegram kanalında yazıb.
Ukrayna prezidenti həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ilə gələcək fəal hərəkətləri və Rusiya logistikasında uzaqmənzilli pilotsuz təyyarələrin istifadəsini müzakirə edib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya ərazisində əhalinin məskunlaşdığı ərazilərə çoxsaylı hücumları şərh edib. Dövlət başçısı vurğulayıb ki, bu hücumlar cəzasız qalmayacaq.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər