Bütün xəbərlər
İtaliya Xarici İşlər Nazirliyi: NATO qoşunlarının Ukraynaya göndərilməsi dünya müharibəsi deməkdir
Tarix: 15-03-2024 21:18 | Bölmə: Manşet

İtaliya hökuməti NATO qoşunlarının Ukraynaya yerləşdirilməsindən sonra qlobal silahlı münaqişənin başlanmasından ciddi şəkildə qorxur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, alyans üzvlərinin bu məsələdə razılığı yoxdur.
"Mən hesab edirəm ki, NATO Ukraynaya girməməlidir. Bu, səhv olardı, biz Ukraynaya özünü müdafiə etməkdə kömək etməliyik, lakin Rusiya ilə müharibəyə girmək III Dünya Müharibəsi riski deməkdir", - İtaliya XİN rəhbəri vurğulayıb.
Roma ümid edir ki, heç bir ölkə faktiki olaraq Ukraynaya qoşun göndərmək niyyətində deyil. İtaliya da Rusiya Federasiyası ilə silahlı qarşıdurmada iştirak etmək niyyətində deyil, RİA Novosti yazır.
Daha əvvəl Fransa prezidenti Emmanuel Makron demişdi ki, Paris Rusiyanın “bu müharibədə qalib gəlməsinin” qarşısını almaq üçün hər şeyi edəcək.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər