Bütün xəbərlər
"De Telegraaf": Promes Hollandiya prokurorluğunun sorğusundan sonra BƏƏ-də həbs edilib
Tarix: 13-03-2024 23:51 | Bölmə: Manşet

Moskvanın “Spartak” klubunun futbolçusu Kuinsi Promes Birləşmiş Ərəb Əmirliklərində həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Hollandiya prokurorluğundan müvafiq sorğu alındıqdan sonra edilib.
Hollandiyalı futbolçunun həbsi ilə bağlı məlumatı "De Telegraaf" yayıb. Mənbənin sözlərinə görə, Promes nəzarətə götürülüb. Hollandiya hakimiyyəti isə öz növbəsində idmançının vətəninə təhvil verilməsini tələb edir.
Yada salaq ki, vətənində Promes məhkəmə tərəfindən 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökm narkotik qaçaqmalçılığı, habelə münaqişə zəminində əmisi oğlunu bıçaqlamaq ittihamı ilə çıxarılıb.
BƏƏ-də Promes “Spartak”ın heyətində təlim-məşq toplanışında idi. Lakin o, qəzaya düşüb və hadisə yerindən qaçıb. Daha sonra onu saxlayıblar və getməmək barədə göstəriş veriblər. O vaxtdan bəri o, Əmirliklərdədir.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər