Bütün xəbərlər
“Əl-Hilal” Çempionlar Liqasının yarımfinalına yüksələrək rekorda imza atıb
Tarix: 13-03-2024 10:27 | Bölmə: Manşet

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Asiya Çempionlar Liqasında yarımfinala yüksəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 1/4 finalın cavab oyununda “Əl-Hilal” Səudiyyənin digər klubu “Əl-İttihad”ı 2:0 hesabı ilə məğlub edib.
Rəqiblərin ilk oyunu da “Əl-Hilal”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Ər-Riyad klubu Asiyanın əsas klub turnirində yarımfinala yüksəlib.
Eyni zamanda, “Əl-Hilal” ardıcıl 28-ci qələbəsini qazanıb ki, bu da dünya rekordudur. Əvvəlki 27 qələbəyə Uels klubu “New Saints” 2016/17 mövsümündə nail olub.
“Əl-Hilal” qələbə seriyasına ötən ilin sentyabrında Səudiyyə Ərəbistanı çempionatının 8-ci turunda başlayıb. O vaxtdan bəri Malkolm, Sergey Milinkovic-Savic, Aleksandar Mitrovic və Yassin Bounou ilə komanda qalib gəlir.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər