Bütün xəbərlər
Macarıstanın xarici işlər naziri: "Ukrayna Rusiyanı məğlub edə bilməyəcək"
Tarix: 13-03-2024 06:32 | Bölmə: Manşet

Ukrayna Rusiya ilə qarşıdurmada qalib gəlməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Sijarto bu barədə “The Washington Times” qəzetinə müsahibəsində danışıb.
"Biz əminik ki, Ukrayna Rusiya ilə münaqişədə qalib gələ bilməyəcək, çünki o, indi güclənir və irəliləyir".
Siyasətçi münaqişənin sülh danışıqları ilə yekunlaşacağına da əmin olduğunu bildirib. Szijarto vurğulayıb ki, Macarıstan NATO-ya üzv olan yeganə ölkədir ki, Ukrayna Silahlı Qüvvələrinə silah ötürməkdən imtina edir.
“Biz başa düşürük ki, nə qədər çox silah tədarük edilsə, münaqişə bir o qədər uzun sürəcək və bir o qədər çox insan öləcək”, - deyə, nazir qeyd edib ki, sülhə nail olmaq üçün səylər göstərilməlidir.
Münaqişə başlayandan Macarıstan Rusiyanın enerji resurslarına qarşı sanksiyalara və Kiyevə silah göndərilməsinə qarşı çıxıb. Ölkə hakimiyyəti dəfələrlə vurğulamışdır ki, Budapeşt sülh danışıqlarının başlanmasının tərəfdarıdır.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər