Bütün xəbərlər
Polşanın müdafiə naziri: "Ukraynaya qoşun göndərilməyəcək"
Tarix: 12-03-2024 12:48 | Bölmə: Manşet

Polşa hökuməti Ukrayna ərazisinə hərbi personal göndərmək fikrində deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Müdafiə naziri Vladislav Kosinyak-Kamışın dediyi kimi, bu, bütün ölkə liderlərinin razılaşdırılmış mövqeyidir.
"Heç bir fikir ayrılığı yoxdur. Polşa qoşunları Ukraynaya göndərilməyəcək", - Kosiniyak-Kamış deyib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bəzi Avropa ölkələrinin Ukraynaya qoşun yeridə biləcəyini bildirmişdi. Avropa liderləri belə bir planlarının olmadığını söyləməyə tələsdilər.
Makron daha sonra Ukrayna Silahlı Qüvvələrini orta və uzaqmənzilli raketlərlə təchiz etmək üçün koalisiyanın yaradılmasını elan edib. O, həmçinin bildirib ki, Fransa Rusiyanın “bu müharibədə qalib gəlməsinin” qarşısını almaq üçün hər şeyi edəcək.
Moskva xəbərdarlıq edib ki, Qərb hərbi personalının Ukraynadakı münaqişədə iştirakı Rusiya Federasiyası ilə NATO arasında müharibə təhlükəsini kəskin şəkildə artıracaq, RİA Novosti yazır.





Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər