Bütün xəbərlər
Almaniya Nazirlər Kabineti: Şolts Papanın Ukrayna ilə bağlı mövqeyini bölüşmür
Tarix: 11-03-2024 16:30 | Bölmə: Manşet

Almaniya kansleri Olaf Şolts Ukraynanı məğlubiyyətini etiraf etməyə və danışıqlar masasına oturmağa çağıran Papa Fransiskin mövqeyini bölüşmür.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat katibi Şteffen Hebestreyt bildirib.
"Təxmin etdiyiniz kimi, kansler Papanın mövqeyini bölüşmür" -o, mətbuat konfransında deyib.
Bundan əlavə, Almaniya hökumətinin nümayəndəsi Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun sözlərini şərh edərək, bir daha vurğuladı ki, Şolts Kiyevə uzaqmənzilli "Taurus" raketlərinin verilməsinin əleyhinədir, çünki o, “nə birbaşa, nə də dolayısı ilə” Alman əsgərlərinin Ukraynadakı münaqişədə iştirakını istəmir.



Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər