Bütün xəbərlər
Bayden: "Netanyahunun hərəkətləri İsrailə daha çox zərər verir"
Tarix: 10-03-2024 09:05 | Bölmə: Manşet

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin dediyinə görə, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı hərəkətləri ilə İsrailə kömək etməkdən daha çox zərər verir.
"Netanyahunun İsraili müdafiə etmək hüququ var, HƏMAS-ı təqib etməyə davam etmək hüququ var, lakin o, gördüyü hərəkətlər nəticəsində həlak olan günahsız insanların itkisinə daha çox diqqət yetirməlidir", - Bayden MSNBC-yə müsahibəsində deyib.
TASS xəbər verir ki, Baydenin sözlərinə görə, Netanyahu ona kömək etməkdən daha çox İsrailə zərər verir, dünyanın qalan hissəsini İsrailin müdafiə etdiyi şeylərə qarşı çıxmağa məcbur edir.
Bir jurnalistin İsrailin Rəfəhdə mümkün hərbi əməliyyatının Vaşinqton üçün bir növ qırmızı xəttə çevrilə biləcəyini soruşduqda, ABŞ prezidenti İsraili heç vaxt tərk etməyəcəyini qeyd edib. “İsrailin müdafiəsi hələ də kritikdir, ona görə də qırmızı xətt yoxdur”.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər