22:37 / 16-04-2026
105 yaşında vəfat edib
Bütün xəbərlər
Kampaniya videosunda Bayden artıq gənc olmadığını etiraf edib
Tarix: 09-03-2024 20:06 | Bölmə: Manşet

ABŞ prezidenti Co Bayden yeni seçki videosunda yenidən seçilmək uğrunda mübarizəsində yaşının tənqidindən üstünlük kimi istifadə etməyə çalışıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, videoda siyasətçi artıq gənc olmadığını inkar etmir, amma amerikalılara nə lazım olduğunu bilir.
60 saniyəlik video şənbə günü Baydenin YouTube kanalında göründü. "Baxın, mən gənc oğlan deyiləm. Bu, heç kimə sirr deyil. Amma məsələ burasındadır ki, mən Amerika xalqı üçün necə nəsə etməyi başa düşürəm", - dövlət başçısı deyib.
İndi 81 yaşında olan Co Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir. Siyasətçi 2024-cü ildə yenidən seçilərsə, ikinci müddətinin sonunda 86 yaşı tamam olacaq.
Bundan əvvəl Baydenin həyat yoldaşı Cil ərinin yaşını prezident üçün dəyərli keyfiyyət adlandırmışdı. Onun sözlərinə görə, yaşadığı illər sayəsində müdrikliyə və təcrübəyə malikdir.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər