Bütün xəbərlər
Duda hesab edir ki, Polşaya NATO qoşunlarını daşımaq üçün yeni böyük hava limanı lazımdır
Tarix: 08-03-2024 21:49 | Bölmə: Manşet

Polşaya çoxlu sayda hərbi yük təyyarəsini tez bir zamanda qəbul edə bilən hava limanına ehtiyacı var, - Respublika Prezidenti Anjey Duda bildirib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, belə bir mərkəz ölkənin təhlükəsizliyini gücləndirə və NATO üzvü kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə kömək edə bilər.
Dövlət başçısı qeyd edib ki, hazırda Polşada hərbi yüklərin axınını idarə edə biləcək bir dənə də olsun aeroport yoxdur, RİA Novosti yazır.
Daha əvvəl "Financial Times" yazmışdı ki, İsveç dəniz limanlarına malik olduğundan NATO-nun logistika mərkəzinə çevrilə bilər. Bundan əlavə, Baltik dənizinin mərkəzində yerləşən Qotland adası nəqliyyat mərkəzinə çevrilə bilər.
Jurnalistlər əlavə edirlər ki, İsveçin logistika mərkəzinə çevrilməsi Latviya, Litva və Estoniyanın müdafiəsini asanlaşdıracaq.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər