19:33 / 09-07-2026
Teatr yanğına uğrayıb
Bütün xəbərlər
Mərkəzi Afrika Respublikasının Baş naziri Molua Rusiyaya dostluq səfərinə gedib
Tarix: 08-03-2024 21:39 | Bölmə: Manşet

Mərkəzi Afrika Respublikası hökumətinin başçısı Feliks Molua dostluq səfəri ilə Moskvaya uçub, Rusiyanın Mərkəzi Afrika Respublikasındakı səfirliyi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS agentliyi rusiyalı diplomatlara istinadən yazır ki, səfər qısa olacaq. Molua Moskva və Sankt-Peterburqa səfər edəcək, baş nazirin müavinləri və nazirliklərin nümayəndələri ilə görüşəcək. Danışıqların əsas mövzuları təhsil və enerji olacaq.
Yada salaq ki, fevralın 14-də Mərkəzi Afrika Respublikasının prezidenti Faustin-Archange Tuadera Rusiyaya səfər edib. O, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə görüşüb. Afrika lideri “Millətlərin Azadlığı Uğrunda!” Neokolonializmlə mübarizə tərəfdarlarının forumunda da iştirak edib.



Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər