Bütün xəbərlər
Messi və Suares KONKAKAF Çempionlar Kubokunda "Naşville" ilə oyunda hərəyə bir qol vurdular
Tarix: 08-03-2024 15:48 | Bölmə: Manşet

“İnter Mayami”nin futbolçuları KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin ilk oyununu səfərdə “Naşvill”ə qarşı keçirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş 2:2 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Yakob Şaffelburq dubla imza atıb. Qonaqların qollarına Lionel Messi və Luis Suares imza atıb. Uruqvaylı forvard əlavə vaxtda qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.
1/8 final mərhələsinin cavab oyunu martın 14-də baş tutacaq. Oyun İnter Mayami stadionunda baş tutacaq.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər