Bütün xəbərlər
Rosatom və MAQATE Zaporojye AES-in təhlükəsiz işə salınmasını müzakirə edib
Tarix: 06-03-2024 15:46 | Bölmə: Manşet

Zaporojye atom elektrik stansiyasının təhlükəsiz istismarı ilə bağlı hər iki tərəfin mövqeyi eyni olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə danışıqlardan sonra "Rosatom"-un baş direktoru Aleksey Lixaçev bildirib ki, "Rosatom" və MAQATE Zaporojye atom elektrik stansiyasının gələcəkdə təhlükəsiz işə salınması məsələsində razılığa gəliblər.
"Biz Zaporojye AES-in təhlükəsizliyinin mütləq prioriteti ilə bağlı həmfikir insanlarıq" -Lixaçev danışıqları şərh edib. O, həmçinin əlavə edib ki, bugünkü görüş zamanı “sabah”a kifayət qədər vaxt ayrılıb.
Danışıqlar zamanı "Rosatom" və MAQATE nümayəndə heyəti Zaporojye AES-in fəaliyyətinin bərpası və onun aktiv istifadəsi zamanı təhlükəsizliyin necə təmin edilməsi üzrə fəaliyyət planını müzakirə ediblər.
Rafael Grossi, "bütün fiziki və nüvə təhlükəsizlik standartlarından istifadə etməklə" Zaporojye AES-in təhlükəsiz istismarı ilə bağlı MAQATE və "Rosatom"-un eyni mövqelərinin vacibliyini vurğulayıb.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər