Bütün xəbərlər
Kadırov PUA operatorlarından ibarət düşmən qrupunun məhv edildiyini açıqlayıb
Tarix: 04-03-2024 23:35 | Bölmə: Manşet

Rusiya qırıcıları bir qrup Ukrayna pilotsuz uçuş aparatını məhv edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əməliyyat Xarkov istiqamətində həyata keçirilib.
Çeçenistan rəhbəri Ramzan Kadırovun Telegram kanalında verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin Zapad-Axmat batalyonu və GROM Kaskad pilotsuz təyyarə briqadasının birgə işi zamanı düşmən PUA operatorları qrupu “örtülüb”.
Qrupun tərk edilmiş anqarda qurulan bazası Rusiya aviasiya kəşfiyyatı tərəfindən aşkar edilib, sonra isə düşmən hücum pilotsuz təyyarələri ilə məhv edilib.
Çeçenistan rəhbəri Rusiya hərbçilərinə xüsusi əməliyyat zonasında onlara həvalə edilmiş ərazidə keyfiyyətli iş gördüklərinə görə təşəkkür edib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi daha bir Amerikanın “Abrams” tankının, üç Amerika “Bradley”inin, üç zirehli maşının, 12 avtomobilin və digər texnikanın məhv edilməsi barədə məlumat vermişdi.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər