Bütün xəbərlər
Ukraynada müdafiə qüvvələrində kadr dəyişiklikləri elan edilib
Tarix: 04-03-2024 23:20 | Bölmə: Manşet


Ukrayna prezidenti müdafiə qüvvələrində bir sıra yeni kadr təyinatlarını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Vladimir Zelenski Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, həll yollarının işlənib hazırlanmasına cəbhədən briqadalardan həqiqi döyüş komandirləri cəlb edilib. Artıq bir sıra zəruri yeni kadr təyinatları razılaşdırılıb və imzalanıb. Hələlik təfərrüatlar verilməyib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin dəstək qüvvələrinin komandirinin artıq yenidən seçildiyi bildirilirdi. Dmitri Gereqanın yerinə Aleksandr Yakovets təyin edilib.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər