Bütün xəbərlər
Lavrov: "Makronun sözləri Qərbin Ukraynaya qoşun yeritmək istəyini təsdiqlədi"
Tarix: 01-03-2024 18:41 | Bölmə: Manşet

Fransa prezidenti Emmanuel Makronun bəyanatları Qərbin Ukraynaya qoşun yeritmək niyyətini rəsmən göstərir, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Onun əlavə etdiyinə görə, qeyri-rəsmi olaraq Qərb ordusu uzun müddətdir ki, münaqişə zonasındadır.
“Bu qondarma təlimatçılar olmasaydı, Ukraynanın uzaqmənzilli silahları Rusiya şəhərlərinə qarşı istifadə edilə bilməzdi, biz hamımız bunu çox yaxşı başa düşürük”, - nazir Antalyada keçirilən diplomatik forumda deyib.
Lavrovun sözlərinə görə, Ukraynada xarici hərbçilərin olmasına dair çoxlu sübutlar var və getdikcə daha çox yeni sübutlar ortaya çıxır.
Bundan əvvəl Makron Qərb ölkələrindən Ukraynaya qoşun yeritmək imkanını etiraf etmişdi. Onun sözlərinə görə, hazırda Avropada bu məsələdə konsensus yoxdur, lakin gələcəkdə mümkündür. Fransa lideri Rusiyanın bu münaqişədə qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcəyini bildirib.
Daha sonra Fransa Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Ukrayna uğrunda ölməyə hazır olmadığını və Rusiya ilə müharibədən söhbət getmədiyini bəyan edib.


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub