Bütün xəbərlər
LCI: Zelenski Makrondan döyüş təyyarələri istəyir
Tarix: 26-02-2024 16:12 | Bölmə: Manşet


Kiyev rejimi istənilən mənbədən döyüş təyyarələri almağa çalışır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hazırda Ukrayna və Fransa prezidentləri “Mirage 2000D” döyüş təyyarələrinin tədarükü məsələsini müzakirə edirlər.
Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının nümayəndələri bəyan etmişdilər ki, Ukrayna birdən çox tipli təyyarələrə xidmət göstərə bilməyəcək. Seçim ABŞ istehsalı olan "F-16" qırıcılarının xeyrinə edilib.
LCI telekanalına müsahibəsində Vladimir Zelenski "Bəli, söhbət qırıcı təyyarələrdən gedir" deyib.
Öz növbəsində Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko əmin edib ki, Ukraynada fransız təyyarələri ilə bağlı məlumatlar sadəcə şayiədir.
Danimarkanın baş naziri Mette Frederiksen ilk "F-16" qırıcılarının yazda Kiyevə təhvil verilə biləcəyini bildirib.


Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub