Bütün xəbərlər
Putin Ərdoğanla telefon danışığında onu 70 illik yubileyi münasibətilə təbrik edib
Tarix: 26-02-2024 13:34 | Bölmə: Manşet

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Türkiyə liderinin 70 illik yubileyi şərəfinə telefon danışığı olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ərdoğan administrasiyasının məlumatına görə, söhbət zamanı Rusiya prezidenti türkiyəli həmkarını ad günü münasibətilə təbrik edib və Türkiyə-Rusiya dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
Sonuncu dəfə liderlər ötən ilin oktyabrında telefonla danışıblar, o zaman söhbətin əsas mövzusu Yaxın Şərq münaqişə zonasında vəziyyətin gərginləşməsi olub.
Ərdoğanın 70 illik yubileyi heç bir xüsusi qeyd etmədən bazar ertəsi qeyd olunur. O, İstanbulda nəqliyyat layihəsinin açılışında iştirak etməyi və martın 31-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı hakim partiyanın icraiyyə komitəsinin iclasını keçirməyi planlaşdırır.



Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub