Bütün xəbərlər
Aİ KXDR-in müdafiə nazirinə qarşı sanksiyalar tətbiq edib
Tarix: 23-02-2024 15:48 | Bölmə: Manşet

Avropa Komissiyası Şimali Koreyanın Xalq Silahlı Qüvvələrinin naziri Kanq Sun Nama qarşı şəxsi sanksiyaların tətbiq edildiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Aİ-nin məlumatına görə, Şimali Koreya Rusiyaya ballistik raketlər və digər silahlar tədarük edir. Buna görə də KXDR Müdafiə Nazirliyinin rəhbərinin aktivləri dondurulacaq, üstəlik, ona qarşı viza məhdudiyyətləri tətbiq olunacaq.
Rusiya hakimiyyəti Pxenyanla qeyri-qanuni hərbi-texniki əməkdaşlıq ittihamlarını dəfələrlə rədd edib.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub