Bütün xəbərlər
Putin raketdaşıyıcıda uçduqdan sonra “KamAZ”ın sükanına keçdi
Tarix: 22-02-2024 21:20 | Bölmə: Manşet

Bu gün modernləşdirilmiş strateji raketdaşıyıcı "Tu-160M" ilə uçan Rusiya prezidenti Vladimir Putin "KamAZ"-ın sükanı arxasına keçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı "M12" Vostok" avtomobil yolunun Kazan yaxınlığındakı hissəsi ilə hərəkət edib.
Yolda onu Rusiya baş nazirinin müavini Marat Xusnullin müşayiət edib. Çoxfunksiyalı yol xidməti sahəsində dövlət başçısına məlumat stendləri nümayiş etdirilib, "M12" avtomobil yolunun inkişafı barədə məlumat verilib.
M12 Vostok" ekspress yolu ölkənin beş bölgəsindən keçir: Moskva, Vladimir və Nijni Novqorod vilayətləri, Çuvaş Respublikası və Tatarıstan. Yolun ümumi uzunluğu 810 kilometrdir. 2025-ci ildə M12-nin Tümenə çatması planlaşdırılır.
Bu gün səhər saatlarında Vladimir Putin "Tu-160M" raketdaşıyıcısı ilə 30 dəqiqəlik uçuş həyata keçirib. Prezidentin sözlərinə görə, “strateq” onda xoş təəssürat buraxıb. "Texnika əladır" deyib. Bir gün əvvəl Rusiya lideri bu təyyarələri fabrikdə qiymətləndirib.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub