Bütün xəbərlər
“Separatçılara son ittihamlar elan ediləcək” - Baş prokuror
Tarix: 20-02-2024 21:28 | Bölmə: Manşet

                       separatcilara-son-ittihamlar-elan-edilecek


“Azərbaycanda həbsdə olan erməni separatçılarının işinin istintaqına bir çox dövlət qurumları cəlb edilib”.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalist Mir Şahin Ağayevə müsahibəsində deyib.
Baş prokuror bildirib ki, hazırda onlara veriləcək son ittihamlar üzərində işlənilir:
“Onların bütün cinayətləri tədqiq edilir. Kifayət qədər faktlar üzə çıxır. Yaxın vaxtlarda onlara son ittihamlar elan ediləcək, cinayət işləri məhkəməyə göndəriləcək. Onlar konkret əməllərə görə məsuliyyətə cəlb edilib, konkret əməllərə görə ittihamlar verilib. Bunu bütün Azərbaycan xalqı, beynəlxalq təşkilatlar, qərb və digər ölkələr məhkəmə baxışı zamanı görəcəklər”.


Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub