Bütün xəbərlər
Mehriban Əliyeva Əminə Ərdoğanla görüşdü
Tarix: 19-02-2024 22:23 | Bölmə: Manşet

mehriban-eliyeva-emine-erdoganla-gorusdu


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Əminə Ərdoğan sosial şəbəkə hesabında paylaşım edib.
“Azərbaycan Prezidentinin əziz xanımı, dostum Mehriban Əliyeva ilə görüşdük.
Mehriban xanım Əliyevaya Qarabağ Zəfəri nəticəsində 30 ildən sonra seçkinin bütün Azərbaycan torpaqlarında yüksək iştirakla keçirilməsindən məmnunluğumuzu bildirdim.
Bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə bağlı birgə həyata keçirə biləcəyimiz işlər haqqında da fikir mübadiləsi apardıq.
Yenidən Prezident seçilən cənab İlham Əliyevi və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevanı ürəkdən təbrik edir, onlara uğurlu fəaliyyət arzulayıram.
Ümid edirəm ki, seçkilərdəki qələbə dost Azərbaycan xalqına uğur gətirəcək”, - paylaşımda qeyd olunub.








Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub