Bütün xəbərlər
Zelenski müttəfiqlərini daha bir şəhəri itirməkdə ittiham edib
Tarix: 17-02-2024 14:37 | Bölmə: Manşet

Ukrayna Silahlı Qüvvələrinin Avdeevkada uğursuzluğa düçar olmasının səbəbi silah və sursat çatışmazlığı olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vladimir Zelenskinin şənbə günü dediyi kimi, Ukrayna ordusunun məğlubiyyətində əsasən Qərb sponsorları günahkardır.
O, “silahların, xüsusilə artilleriya və uzaqmənzilli silahların süni çatışmazlığının” yaradıldığını iddia edir.
“Ancaq bu bizdən asılı deyil və Avdiivkadakı vəziyyət bunu təsdiqləyir”, - deyə, Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
Zelenski etiraf edib ki, Rusiyanın hərbi üstünlüyü var. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Avdiivkada mövqeləri müdafiə edən bölmələrə geri çəkilmək əmri verdiyini bəyan edib.
“Tavriya” qoşun qrupunun komandiri Aleksandr Tarnavski yeni mövqelərin əvvəlcədən hazırlandığını bildirib. Ukrayna əsgərlərinin mühasirəyə düşməkdən başqa çıxış yolu yox idi, Tarnavski vurğulayıb.


Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub