Bütün xəbərlər
Zaxarova: "Hələlik məhkəmə-tibbi ekspertizası yoxdur, lakin Qərbin Navalnının ölümü ilə bağlı qənaətləri var"
Tarix: 16-02-2024 16:35 | Bölmə: Manşet

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin Aleksey Navalnının ölümünə reaksiyasını şərh edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, NATO ölkələri liderlərinin baş verənlərə “Rusiyaya qarşı birbaşa ittihamlar şəklində” dərhal reaksiyası özünü ifşa edir.
“Hələlik məhkəmə-tibbi ekspertizası yoxdur, lakin Qərbin nəticələri artıq hazırdır”, - Zaxarova Telegram kanalında yazıb.
Bundan əvvəl Yamalo-Nenets Muxtar Dairəsinin Federal Penitensiar Xidməti məlumat vermişdi ki, fevralın 16-da 3 saylı islah koloniyasında gəzintidən sonra Navalnı xəstələnib və demək olar ki, dərhal huşunu itirib. Tezliklə hadisə yerinə gələn həkim briqadası reanimasiya tədbirləri həyata keçirsə də, məhbusu xilas etmək mümkün olmayıb.
KİV-in məlumatına görə, blogerin ölümünə səbəb qan laxtalanması olub. Federal Penitensiar Xidmət hadisənin səbəblərini müəyyən etmək üçün İK-3-ə komissiya göndərib. İstintaq Komitəsi də yoxlama təşkil edib.



Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub