Bütün xəbərlər
Azərbaycanda dini tolerantlıq heç bir şübhə doğurmur - ABŞ səfiri
Tarix: 15-02-2024 23:39 | Bölmə: Manşet

Azərbaycanda dini tolerantlıq heç bir şübhə doğurmur - ABŞ səfiri



Azərbaycanda dini tolerantlıq heç bir şübhə doğurmur.
Sabaha-inamla.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby bugünkü mətbuat konfransında deyib.
"Düşünürəm ki, ABŞ və Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün bizim edə biləcəyimiz çox şey var. Ortaq maraq doğuran məsələlər, o cümlədən regional təhlükəsizlik, enerji, ticarət üzrə görüləcək çox iş var. Mən bütün bunları müsbət və ümidverici hesab edirəm. Heç kim Azərbaycanda dini icmalar arasında yüksək səviyyəli münasibətlərin mövcudluğunu sual altına qoymur. Sizin ölkədə müsəlmanlar, xristianlar və yəhudilər arasında tolerantlıq tarixçəsi var. Bu, müzakirə mövzusu deyil. Bu, mənim tənqid etməyə hazır olduğum bir şey deyil. ABŞ Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası ABŞ-ın dövlət qurumu deyil" - səfir bilidirib.
Xatırladaq ki, yanvarın 4-də ABŞ-ın dövlət katibi Antoni Blinken dini etiqad azadlığı ilə bağlı bir sıra ölkələrin, o cümlədən Azərbaycanın da “izləmə siyahısı”na daxil edildiyini açıqlamışdı.




Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər