Bütün xəbərlər
Netanyahu: "İsrail mülki insanları təxliyə etdikdən sonra Rəfahdakı əməliyyatları genişləndirəcək"
Tarix: 14-02-2024 23:50 | Bölmə: Manşet

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, mülki əhali oradan çıxarıldıqdan sonra İsrail Müdafiə Qüvvələri Rəfah şəhərində güclü fəaliyyət göstərəcək.
"Biz tam qələbəyə qədər mübarizə aparacağıq", - İsrail hökumətinin başçısı X sosial şəbəkəsində yazıb.
Rəfah Qəzza zolağı ilə Misirin sərhəddində yerləşən şəhərdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu ərazidə döyüş humanitar fəlakətə səbəb ola bilər. Hazırda Qəzzanın digər bölgələrindən qaçan təxminən 1,5 milyon fələstinli Rəfahda toplanıb.
Qırmızı Xaç da oxşar fikri bölüşür. Təşkilat mülki şəxslərin müdafiəsinə çağırır.


Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub