Bütün xəbərlər
Tramp: "NATO üzvü pul verməsə, müdafiəsiz qalacaq"
Tarix: 11-02-2024 11:01 | Bölmə: Manşet

Şənbə günü ABŞ-ın keçmiş prezidenti Donald Tramp Cənubi Karolinada seçki kampaniyası zamanı çıxış edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tramp NATO daxilində münasibətlər məsələsini gündəmə gətirməklə yenidən Amerikanın müttəfiqlərini qorxudub və Tramp administrasiyasını hiddətləndirib.
Xüsusilə Tramp bildirib ki, alyansa maliyyə borcu olan NATO üzvünə kömək üçün qoşun göndərməkdən imtina edəcək.
"Xeyr, mən sizi qorumayacağam. Üstəlik, onları istədiklərini etməyə təşviq edərdim. Siz ödəməlisiniz. Hesabları ödəməlisiniz", - Donald Tramp vurğulayıb.
Keçmiş Amerika lideri görüşlərin birində “böyük bir ölkənin prezidentlərindən birinin” ondan Rusiyanın hücumu halında Trampın nə edəcəyini və müttəfiqini müdafiə edib-etməyəcəyini soruşduğunu xatırladıb.
“Mən dedim ki, ödəniş etməmisiniz, gecikmisiniz”, - Tramp bildirib.
“The Guardian” yazır ki, Ağ Ev Trampın sözlərini ABŞ-ın təhlükəsizliyi, sabitliyi və iqtisadiyyatı üçün təhdid adlandırıb.


Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub