Bütün xəbərlər
Əliyevi seçkilərdə qələbəsi münasibətilə ilk təbrik edənlər Mirziyoyev və Lukaşenko olub
Tarix: 07-02-2024 21:06 | Bölmə: Manşet

İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə ilk olaraq Belarus prezidenti Aleksandr Lukaşenko və onun özbəkistanlı həmkarı Şavkat Mirziyoyev təbrik ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Azərbaycan liderinin mətbuat xidmətinin məlumatına görə, onlar Əliyevlə telefonla danışıblar.
“Exit-poll”un nəticələrinə görə, Əliyev Azərbaycanda keçirilən prezident seçkilərində 92,4 faiz səslə qalib gəlir. Onun ardınca 2 faizdən bir qədər çox səs toplayan deputat və özünün namizədliyini irəli sürmüş Zahid Oruc gəlir.
Səsvermədə Rusiya Federasiyası Dövlət Dumasının nümayəndə heyəti iştirak edib. Dumanın MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, onun üzvü olan Kazbek Taisaev bildirib ki, heç bir qanun pozuntusu qeydə alınmayıb. O, RİA Novosti-yə seçicilərin yüksək fəallığı və respublika Mərkəzi Seçki Komissiyasının yüksək hazırlığı barədə danışıb.
Fevralın 7-də yerli vaxtla saat 19:00-da (Moskva vaxtı ilə 18:00) Azərbaycanda növbədənkənar prezident seçkiləri başa çatıb.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub