Bütün xəbərlər
Mbappe "Real Madrid"də ildə 50 milyon avro qazanmaq istəyir
Tarix: 07-02-2024 12:07 | Bölmə: Manşet

Kilian Mbappe hələ də "Real Madrid"lə şəxsi müqaviləsinin şərtlərini razılaşdırmayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransız futbolçu ildə 50 milyon avro almaq istəyir.
Bundan əlavə, Fransa millisinin forvardı 120 milyon avroluq imza bonusuna ümid edir. Bu barədə El Larguero məlumat yayıb.
Daha əvvəl "Real Madrid"in Mbappeyə 32 milyon avro maaşla 6 illik müqavilə təklif etdiyi bildirilirdi. Lakin 25 yaşlı futbolçu “qaymaqlılar”ın şəraitindən razı qalmayıb.
Bu mövsüm 25 yaşlı hücumçu "Paris Saint-Germain"-in heyətində bütün turnirlərdə 28 oyun keçirib, 29 qol vurub və 7 məhsuldar ötürmə edib.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər