Bütün xəbərlər
Borrell: "Aİ Ukrayna polisini “asayişi bərpa etməyə” hazırlayır"
Tarix: 06-02-2024 21:48 | Bölmə: Manşet

Avropa İttifaqı Kiyevin qayıtmağı planlaşdırdığı ərazilərdə “asayişi bərpa edəcək” ukraynalı polis zabitlərinin hazırlanması üzərində fəal işləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Xosep Borrell Ukraynaya səfəri zamanı deyib.
Səfər zamanı o, Aİ missiyası tərəfindən hazırlanmış polis xüsusi təyinatlıları üçün təlimdə iştirak edib. Borrell ümid etdiyini bildirib ki, təlim keçmiş kadrlar Ukrayna qüvvələrinə itirilmiş əraziləri “bir gün” geri alanda onları sabitləşdirməyə kömək edə bilər.
Diplomatın sözlərinə görə, Aİ artıq 150 ukraynalı təlimatçıya təlim keçib və onlar “minlərlə polis zabitini” öyrədəcək.
Bundan əvvəl Borrell Aİ-ni Ukrayna naminə üçüncü ölkələrə silah ixracından imtina etməyə çağırıb.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər