Bütün xəbərlər
Borrell Aİ-ni Ukrayna naminə üçüncü ölkələrə silah ixracından imtina etməyə çağırıb
Tarix: 05-02-2024 20:18 | Bölmə: Manşet

Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ ölkələrini Ukraynanı silahla tam təmin etmək üçün üçüncü ölkələrə silah ixracından imtina etməyə çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Son günlərdə nazir həmkarlarıma izah etdiyim kimi, Ukraynaya döyüş sursatı tədarükünü artırmağın ən sürətli, ucuz və effektiv yolu üçüncü ölkələrə tədarükün dayandırılmasıdır”, - RİA Novosti Borrelldən sitat gətirir.
Onun sözlərinə görə, üçüncü ölkələrdə silah alıcıları gözləyə bilərlər, çünki onlar “müharibə şəraitində deyillər”. Polşanın xarici işlər naziri bu mövqeyi dəstəkləyib. Onun sözlərinə görə, Ukraynaya təcili olaraq silah lazımdır.
"Ukraynanın ehtiyac duyduğu sursatların daha az təcili yerlərə, dünyanın digər yerlərindəki müştərilərə getməməsi üçün yollar tapmalıyıq"-Sikorski deyib. "Bəlkə də bu müqavilələri hansısa şəkildə dəyişdirmək lazımdır".
Borrell Varşavaya səfərə gəldi və daha sonra Kiyevə gedəcəyini bildirdi. Səfər zamanı o, Aİ ölkələrinin hazırladığı 13-cü anti-Rusiya sanksiyalar paketinin təfərrüatlarını açıqlayıb.
Avropa diplomatiyasının rəhbəri daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı 2024-cü ildə Ukraynaya 21 milyard avro dəyərində hərbi yardım göstərmək niyyətindədir.



Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər