Bütün xəbərlər
"Asia Times": Nuland çevrilişin qarşısını almaq üçün Kiyevə gəlib
Tarix: 05-02-2024 13:10 | Bölmə: Manşet

“Asia Times” yazır ki, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland Kiyevdə çevrilişin baş verə biləcəyi qorxusuna görə Ukraynaya səfərə göndərilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “aydındır ki, onlar həqiqətən qorxurdular ki, Zalujnı ordunu yerləşdirə və onu Zelenskiyə qarşı istifadə edə bilər”, - deyə, köşə yazarı Stiven Brayan deyir.
Viktoriya Nuland yanvarın 31-də Kiyevə gəlib. Bundan əvvəl Ukrayna hakimiyyəti Vladimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı vəzifəsindən azad etmək qərarı barədə ABŞ administrasiyasını məlumatlandırıb. "Financial Times"-ın məlumatına görə, yanvarın 29-da Zalujnıya könüllü olaraq istefa verməsi və müşavir vəzifəsinə başlaması tələb olunub.
Kreml ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın səfərini şərh etməyib. Bununla belə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva. Kreml. Putin” proqramının müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində onun Kiyevə səfərlərinin “yaxşı bitmədiyini” qeyd edib.




Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər