Bütün xəbərlər
Prezident Zakir Fərəcovla bağlı Sərəncam imzaladı
Tarix: 03-02-2024 20:57 | Bölmə: Manşet

                      prezident-zakir-ferecovla-bagli-serencam-imzaladi



Zakir Fərəcov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Fərəcov daha əvvəl Azərbaycan Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2625 saylı Sərəncamına əsasən Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə, 4 oktyabr 2016-cı il tarixili Sərəncama əsasən isə, Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ilə təltif olunub.


Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub