Bütün xəbərlər
Medvedev NATO təlimlərini təhlükəli oyun adlandırıb
Tarix: 02-02-2024 21:02 | Bölmə: Manşet

Rusiya NATO ölkələrinə hücum etmək fikrində deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, lakin onlar Rusiya Federasiyasının bütövlüyünə qəsd etsələr, adekvat cavab alacaqlar, deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Siyasətçi öz səhifəsində NATO-nun hazırkı təlimlərinin təhlükəli oyun olduğunu, belə irimiqyaslı təlimlərin ötən əsrdən bəri keçirilmədiyini yazıb.
Bütün ağıllı insanlar başa düşürlər ki, Rusiya heç kimə hücum etmir, amma çox sərt oynasalar, adekvat cavab alacaqlar. Bu artıq böyük müharibədir və NATO bundan dönməyəcək, Medvedev vurğulayıb.

Daha əvvəl bildirilmişdi ki, anti-Rusiya təlimləri zamanı NATO nüvə ssenarisi hazırlaya bilər. “Steadfast Defender 2024” çərçivəsində “Trident 2” qitələrarası ballistik raket buraxılacaq.Bu məqsədlə Britaniyanın “Vanguard” nüvə sualtı qayığı Atlantik okeanının müəyyən edilmiş ərazisinə daxil olacaq.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər