Bütün xəbərlər
"Todofichajes": "Liverpul" Kloppun yerinə Zidanı dəvət etmək niyyətindədir
Tarix: 31-01-2024 11:15 | Bölmə: Manşet



Liverpool FK baş məşqçi postuna potensial namizədləri nəzərdən keçirməkdə davam edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, namizədlərdən biri də fransalı mütəxəssis, “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidandır.
Bu barədə "Todofichajes" məlumat yayıb. Mənbənin sözlərinə görə, mersisaydlılar Zidanın İngiltərə Premyer Liqasında işləmək perspektivi ilə bağlı fikirlərini öyrənmək üçün fransalı futbolçunun ətrafı ilə əlaqə saxlayıblar.
Xatırladaq ki, bir gün əvvəl hazırkı baş məşqçi Yurgen Klopp "Liverpul"dakı işini başa vurduğunu açıqlamışdı. Alman məşqçi bunu məşqçilik peşəsi üçün enerjisinin tükənməsi ilə izah edib.
Zidan 2021-ci ildən, "Real Madrid"dən ayrıldıqdan sonra işsizdir. Bundan əvvəl mətbuat onun məşqçilik karyerasını Fransanın Marsel klubunda davam etdirmək istədiyi barədə xəbərlər yaymışdı.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər