Bütün xəbərlər
Arbitraj Məhkəməsinin hakimi yanğın nəticəsində ölüb
Tarix: 30-01-2024 12:20 | Bölmə: Manşet

Rostov vilayətinin Arbitraj Məhkəməsinin hakimi Svetlana Prokopçuk Rostov-na-Donuda öz mənzilində baş verən yanğında ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qurumun saytında onun ölümü ilə bağlı mesaj yayılıb.
Cəmi 41 yaşı olan Prokopçuk yanvarın 27-də səhər tezdən dünyasını dəyişib. Məhz bu zaman onun yaşadığı Şaumyan küçəsindəki Arbat yaşayış kompleksində yanğın baş verib. Beşinci mərtəbədə alovlanan yanğın yalnız saat yarımdan sonra söndürülüb. Yanğın sahəsi 50 kvadratmetr olub.
Mərhumun meyiti yalnız yanvarın 29-da tanınıb. Həmkarları iddia edirlər ki, onun iri iti olub, ancaq yanan mənzildə it tapılmayıb. Yanğının səbəbi hələ müəyyən edilməyib.
Prokopçuk 2013-cü ildə hakim vəzifəsini tutdu, 2021-ci ildə 6,5 milyon rubl gəlirlə Rostov Arbitraj Məhkəməsinin ən varlı əməkdaşı oldu.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər