Bütün xəbərlər
Çarlz Mişel Avropa Parlamentinə seçkilərdə iştirak etməyəcək
Tarix: 26-01-2024 22:50 | Bölmə: Manşet

Avropa Şurasının rəhbəri Çarlz Mişel Avropa Parlamentinə seçkilərdə iştirak etməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçi "Belqa"ya müsahibəsində səlahiyyət müddətinin sonuna qədər hazırkı vəzifələrini yerinə yetirmək niyyətində olduğunu açıqlayıb. Bu o deməkdir ki, Mişel bu il iyunun 6-dan 9-dək keçiriləcək Avropa Parlamentinə seçkilərdə iştirak edə bilməyəcək.
Bundan əvvəl “Politiko” yazıb ki, Macarıstanın baş naziri Viktor Orban müvəqqəti olaraq Avropa Şurasına rəhbərlik edə bilər.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər