Bütün xəbərlər
Xarici İşlər Nazirliyi: "Rusiya ilə Fransa arasında münasibətlər dərin böhran içindədir"
Tarix: 26-01-2024 21:56 | Bölmə: Manşet

Fransa ilə münasibətlər dərin böhranda olsa da, Rusiya Ukraynada nizamlanma və digər problemlərlə bağlı dialoqa hazırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bildirirdiyinə görə, Fransa hakimiyyəti indi Rusiyaya qarşı açıq düşmən mövqe tutur. Fransa Rusiyanın strateji məğlubiyyətini arzulayaraq, onilliklər ərzində qurulmuş münasibətləri korladı.
Moskva yeni siyasi və hüquqi reallıqları nəzərə alaraq istənilən konstruktiv təşəbbüslərə cavab verməyə hazırdır. Ancaq əsas məsələ Rusiyanın maraqlarına riayət etmək və tərəflərin qarşılıqlı hörmətidir.
Bundan əvvəl diplomatik departament bildirib ki, Rusiya bəzi ölkələrin düşmənçilik siyasətindən əl çəkməsi üçün lazım olan hər şeyi etməyə davam edir. Məsələn, Rusiya diplomatları ABŞ və Aİ tərəfindən irəli sürülən “qaydalara əsaslanan dünya” konsepsiyasını təkzib etməkdə davam edirlər. Bu, BMT, ATƏT və digər təşkilatlarda həyata keçirilir.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər