Bütün xəbərlər
Misirli futbolçu məşq zamanı uğursuz salto edib
Tarix: 26-01-2024 12:34 | Bölmə: Manşet

Futbol üzrə Misir milli komandası Afrika Millətlər Kubokunun qalan oyunlarını yarımmüdafiəçi Emam Aşursuz keçirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, futbolçu məşq zamanı zədələnib.
Emam Aşur məşq zamanı etdiyi salto uğursuzluqla nəticələnib. 25 yaşlı futbolçu başını yerə çırpıb.
Aşur dərhal xəstəxanaya yerləşdirilib. TASS xəbər verir ki, xəstəxanada ona beyin silkələnməsi diaqnozu qoyulub. Hazırda misirlinin səhhəti stabil olaraq qiymətləndirilir. Lakin o, bir daha turnirdə oynamayacaq.
Bu, Misir yığmasının ikinci məğlubiyyətidir. Bundan əvvəl hücumçu Məhəmməd Salah zədələnərək komandanı tərk edib. Bazar günü misirlilər Konqo DR komandası ilə 1/8 final matçı keçirəcək.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər