Bütün xəbərlər
Makronun arvadı bir yaponu Fransa millisinə aparmağı təklif edib
Tarix: 24-01-2024 13:22 | Bölmə: Manşet

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricet çətin vəziyyətdə qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölkənin birinci xanımı Fransa millisinin baş məşqçisi Didye Deşama “Reyms”in yarımmüdafiəçisi Junya İtonu komandaya dəvət etməyi tövsiyə edib.
Bricit Makron və Didye Deşam xəstəxanaya səfəri zamanı Reymsdə görüşüblər. Prezidentin xanımı yığmanın məşqçisinə komandanın gücləndirilməsi ilə bağlı məsləhətlər verib.
"Reymsdə əla oynayan bir yaxşı futbolçu var. Onun adı Junya İtodur. Niyə onu milliyə dəvət etmirsiniz?" – Bricit Makron soruşdu. "Mən bunu edə bilmərəm, çünki o, yapondur" deyə, Didye Deşam cavab verib, RİA Novosti xəbər verir.
Bu mövsüm İto "Reyms"in heyətində 17 oyun keçirib və 2 qol vurub. Ümumilikdə 30 yaşlı yapon milli ilə 53 oyun keçirib və 13 qol vurub. Yarımmüdafiəçi Fransa millisində oynaya bilməz.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər