Bütün xəbərlər
Ronaldo zədələndiyi üçün “Əl-Nəsr”in yoxlama oyunları təxirə salınıb
Tarix: 23-01-2024 20:00 | Bölmə: Manşet


“Əl Nəsr” futbol klubu Çinin “Şanxay Şenxua” və “Zhejiang” komandaları ilə yanvarın 24-ü və 28-də keçirilməsi planlaşdırılan yoxlama oyunlarının ləğv edildiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb Kriştiano Ronaldonun zədələnməsidir. Ərəbistanı klubu qeyd edib ki, bu matçların yeni tarixləri daha sonra açıqlanacaq.
Dekabrın sonunda "Şanxay"a rusiyalı mütəxəssis, Rusiya millisinin keçmiş mentoru Leonid Slutski başçılıq edirdi.
Slutskinin son iş yeri 2019-cu ilin dekabrından 2022-ci ilin noyabrına kimi rəhbərlik etdiyi Kazan "Rubin"i olub.



Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər