Bütün xəbərlər
"Borrell": "Bütün Aİ ölkələri Ukraynaya dəstəyi gücləndirməyin zəruriliyi ilə razıdırlar"
Tarix: 22-01-2024 22:13 | Bölmə: Manşet

Bütün Aİ ölkələrinin xarici işlər nazirləri Ukraynaya dəstəyin artırılmasının zəruriliyi ilə razılaşırlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Xosep Borrell deyib.
Onun sözlərinə görə, hazırkı şəraitdə Aİ Ukrayna üçün hər şeyi, o cümlədən maliyyə və hərbi baxımdan “daha çox və daha sürətli” etməlidir.
Borrell fevralın əvvəlində Kiyevə səfər edəcəyini də açıqlayıb.
Bundan əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun istənilən nəticəni vermədiyini etiraf edib.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər