Bütün xəbərlər
NYT: İDF HƏMAS-ı məhv etməyin və girovları azad etməyin mümkün olacağına şübhə edir
Tarix: 20-01-2024 20:50 | Bölmə: Manşet

Adları açıqlanmayan dörd israilli general “The New York Times”a bildirib ki, girovların azad edilməsi və HƏMAS-ın məhv edilməsi səyləri bir araya sığmır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onların əlavə etdiyinə görə, Fələstin hərəkatı tərəfindən əsir götürülən insanları geri qaytarmağın yeganə yolu diplomatiyadır.Bundan əlavə, İsraili müttəfiqlərin dəstəyi də sarsıla bilər, çünki yəhudi dövlət hökumətinin münaqişə bitdikdən sonra Qəzza zolağının yenidən qurulması planı yoxdur. Ümumilikdə, generalların sözlərinə görə, HƏMAS-a qarşı əməliyyat ləngiyib.
Bu arada Həmas nümayəndə heyəti Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb. RİA Novosti yazır ki, hərəkat nümayəndələri israilliləri saxlamaq istəmədiklərini və xalqın ümidlərini doğruldacaq sövdələşməyə ümid etdiklərini bildiriblər.
Yanvarın 17-də daha iki israilli girovun öldüyü məlum olub. HƏMAS-ın məlumatına görə, onlar İDF tərəfindən bombardmanların qurbanı olublar. İsrail Müdafiə Qüvvələri bu məlumatı təkzib edib.



Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər